Mənfi düşüncə tərzi insanı siqaretdən daha tez qocaldır.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq araşdırmaların hesabatlarından məlumat yayılıb.
Yeni aparılan elmi tədqiqatlar göstərir ki, mənfi düşüncə tərzi və daimi bədbinlik insan orqanizminin qocalma prosesini hətta siqaretdən də çox sürətləndirir.
Alimlər müəyyən ediblər ki, xroniki stress və neqativ düşüncələr DNT-nin qoruyucu hissələrinin normal şəkildə bərpa olunmasına mane olur.
Tədqiqatçıların fikrincə, əsəb sistemi üçün daimi təşviş və özünü günahlandırma real fiziki təhlükə ilə eyni dərəcədə dağıdıcı təsirə malikdir.
fikirlərlə yaşamaq daha təhlükəlidir, çünki insan bu proseslə günün hər saatında məşğul ola bilir.
Nəticədə daxili stress xroniki yükə çevrilir və orqanizmin bütün sistemləri sürətlə sıradan çıxır.
Həkimlər sağlamlığı qorumaq və gəncliyi uzatmaq üçün insanlara özlərini daha az tənqid etməyi və müsbət düşünməyi öyrənməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






