2050-ci ilə qədər dünya yaxıngörmə epidemiyası ilə üzləşəcək – Alimlərdən HƏYƏCAN TƏBİLİ – VİDEObackend

2050-ci ilə qədər dünya yaxıngörmə epidemiyası ilə üzləşəcək – Alimlərdən HƏYƏCAN TƏBİLİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2050-ci ilə qədər dünyanı yaxından görmə epidemiyası gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Alimlər xəbərdarlıq edirlər ki, 2050-ci ilə qədər bəşəriyyət kütləvi yaxından görmə (miopiya) problemi ilə üzləşəcək.

Tədqiqatlar göstərir ki, artıq “Z nəsli”nin (zumerlər) 90%-dən çoxu görmə zəifliyindən əziyyət çəkir. Bunun əsas səbəbi isə gənclərin tavan işıqlarından (parlaq işıqdan) imtina etməsidir.

Məlumata görə, gənclər otaqda parlaq işıq əvəzinə dekorativ işıqlar və kiçik masaüstü lampaların yaratdığı zəif işıq mühitində oturmağa üstünlük verirlər.

Belə qaranlıq və ya loş mühitdə göz alması uzanaraq gərilir ki, bu da miopiyanın inkişafına birbaşa təsir edir.

Alimlər qeyd edirlər ki, qaranlıqda smartfonlardan davamlı istifadə etmək vəziyyəti daha da ağırlaşdırır.

Həkimlər görmə qabiliyyətini qorumaq üçün otaqda normal işıqlandırmanı təmin etməyi, gündüz saatlarında açıq havada daha çox vaxt keçirməyi və smartfonu üzdən kifayət qədər uzaq məsafədə tutmağı tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az