“El Yoqurt” Meksikanın ən təhlükəli narkokartelinin yeni LİDERİ OLDUbackend

“El Yoqurt” Meksikanın ən təhlükəli narkokartelinin yeni LİDERİ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“El Yoqurt” Meksikanın ən təhlükəli narkokartelinin yeni lideri olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Meksikanın ən güclü narkosindikatlarından biri olan “Xalisko Yeni Nəsil” (CJNG) kartelinin lideri “El Menço”nun öldürülməsindən sonra qruplaşma daxilində hakimiyyət uğrunda ciddi mübarizə başlayıb.

Bu rəqabətdə ön plana “El Yoqurt” ləqəbi ilə tanınan 29 yaşlı Abraham Xesus Ambriz Kano çıxıb.

Məlumata görə, Ambriz Kano əvvəllər “El Menço”nun şəxsi “ölüm dəstəsi”nə rəhbərlik edib və “Los Indestructibles” adlı silahlı hücrəyə komandanlıq edib.

O, həmçinin bir müddət əvvəl Meksika Hərbi Dəniz Qüvvələrinin keçirdiyi genişmiqyaslı əməliyyatdan qaçmağı bacarması ilə tanınır.

Ekspertlər hesab edirlər ki, “El Yoqurt”un kartelin başına keçməsi Meksikada yeni və daha amansız zorakılıq dalğasına səbəb ola bilər.

Onun rəhbərliyi altında kartelin həm daxili rəqiblərinə, həm də təhlükəsizlik qüvvələrinə qarşı daha aqressiv fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az