İsrail kəşfiyyatı ABŞ-nin İrana qarşı yalnız dörd-beş gün intensiv hava hücumları həyata keçirə biləcəyi qənaətinə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
İsrail kəşfiyyatı Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi əməliyyatları ilə bağlı mühüm hesabat hazırlayıb.
Hesabata əsasən, ABŞ Silahlı Qüvvələri İrana qarşı intensiv hava zərbələrini yalnız dörd-beş gün ərzində davam etdirə bilər.
Məlumata görə, Amerika hərbçiləri yüksək sürətli əməliyyatlar zamanı hədəfləri daha dəqiq müəyyənləşdirir və nişan alarkən daha az xətaya yol verirlər. Lakin bu cür yüksək intensivlikli hücumların uzun müddət davam etdirilməsi logistik və strateji baxımdan məhdud hesab olunur.
Qeyd edək ki, son günlər ABŞ və İsrailin İrana qarşı birgə və ya müstəqil hərbi əməliyyat keçirəcəyi barədə iddialar beynəlxalq medianın gündəmindən düşmür.
Xuraman Etibarlı
İnterpress.az






