Ukraynaya nüvə texnologiyası verilsə, Rusiya nüvə silahından istifadə edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, əgər Kiyevə nüvə texnologiyaları verilərsə, Rusiya Ukrayna ərazisindəki hədəflərə qarşı istənilən növ silahdan, o cümlədən qeyri-strateji nüvə silahından istifadə etmək məcburiyyətində qalacaq.
Onun sözlərinə görə, belə bir addım atılacağı təqdirdə, Rusiya ilə nüvə münaqişəsinin şərikli iştirakçısına çevrilən tədarükçü ölkələr də zərurət yaranarsa, zərbə hədəfi ola bilərlər.
Medvedev vurğulayıb ki, nüvə texnologiyalarının ötürülməsi vəziyyəti kəskinləşdirir və Rusiyanı adekvat cavab tədbirləri görməyə sövq edir.
Xuraman Etibarlı
İnterpress.az






