Arxangelskdə yeniyetmə yatan anasını bıçaqlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi (SK) məlumat yayıb.
Rusiyanın Arxangelsk vilayətində sarsıdıcı cinayət hadisəsi baş verib. İstintaqın məlumatına görə, 17 yaşlı gənc anası yuxuda olarkən ona bıçaqla xəsarətlər yetirərək onu qətlə yetirib.
Cinayəti törətdikdən sonra yeniyetmə anasının meyitini zirzəmidə gizlədib və hadisə yerindən qaçmağa cəhd göstərib.
Lakin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs saxlanılıb. O, dindirmə zamanı törətdiyi əməli etiraf edərək ifadə verib.
İlkin ehtimala görə, cinayət şəxsi zəmində yaranan ədavət və narazılıq nəticəsində törədilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






