Tələbə elektrik gitarasından cərəyan vurması nəticəsində ÖLDÜbackend

Tələbə elektrik gitarasından cərəyan vurması nəticəsində ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada tələbə elektrik gitarasının cərəyan vurması nəticəsində vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskvada Rusiya Dövlət Humanitar Universitetinin tələbəsi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə tələbə konsertinin məşqi zamanı, universitetin Çayanov küçəsindəki korpusunda baş verib.

Məlumata görə, 22 yaşlı tələbə konsertə hazırlıq prosesində elektrik gitarasını işə salarkən onu güclü cərəyan vurub və o, yerə yıxılıb.

Gənc dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gitaraçı huşuna gəlmədən xəstəxanada vəfat edib.

Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az