ABŞ-nin Missuri ştatında bir kişi öldürülməzdən əvvəl iki polis məmurunu öldürüb və daha iki nəfəri yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
ABŞ-nin Missuri ştatında baş verən silahlı hücum nəticəsində iki polis əməkdaşı həyatını itirib, daha iki nəfər isə yaralanıb.
Məlumata görə, hücumu törədən şəxs 45 yaşlı Riçard Börd olub. O, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Cinayətkarın hansı məqsədlə bu addımı atdığı hələlik məlum deyil.
Yaralı polislər xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






