Tailandda təyyarə NASAZLIĞI: 300 rusiyalı turist Phuketdə ÇARƏSİZ QALDIbackend

Tailandda təyyarə NASAZLIĞI: 300 rusiyalı turist Phuketdə ÇARƏSİZ QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Phuketdə “Azur Air” təyyarəsinin nasazlığı səbəbindən 300-dək rusiyalı turist qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Tailandın Phuket adasında “Azur Air” aviaşirkətinə məxsus təyyarənin şassi hissəsində yaranan nasazlıq səbəbindən 300-ə yaxın Rusiya vətəndaşı yolda qalıb.

Phuketdən Mineralnıye Vodı şəhərinə uçmalı olan “Boeing 767-300” tipli təyyarənin reysi 33 saat təxirə salınıb.

Hava gəmisi əslində fevralın 23-də havaya qalxmalı idi, lakin şassi dayağındakı texniki problemlər səbəbindən uçuş ləğv edilib.

“Azur Air” aviaşirkətindən verilən məlumata görə, reysin indi fevralın 25-də yola salınması planlaşdırılır.

Sərnişinlərin mehmanxanalarda yerləşdirilməsi və qida ilə təmin olunması istiqamətində tədbirlər görüldüyü bildirilir.

Xuraman Etibarlı

İnterpress.az