Burak Özçivit İstanbulda 30 mənzil satın alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məşhur türkiyəli aktyor Burak Özçivit bu dəfə aktyorluq bacarığı ilə deyil, daşınmaz əmlak sahəsinə qoyduğu irihəcmli yatırımları ilə gündəmə gəlib.
Bildirilir ki, aktyor İstanbulun Eyüpsultan rayonunda ümumi dəyəri 150 milyon türk lirəsi (təxminən 5 milyon 816 min manat) olan 30 mənzil satın alıb.
Uzun illərdir “Kuruluş Osman” serialında “Osman bəy” obrazını canlandıran Özçivit qazancını daşınmaz əmlaka yatırmağa üstünlük verib.
İddialara görə, o, Eyüpsultanda kütləvi alış həyata keçirərək eyni anda 30 mənzili öz portfelinə əlavə edib.
Hələlik məsələ ilə bağlı Burak Özçivit tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






