Tramp Xameneinin öldürülmə anından DANIŞDI: “Onlar səhər yeməyi yeyirdilər”backend

Tramp Xameneinin öldürülmə anından DANIŞDI: “Onlar səhər yeməyi yeyirdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail kəşfiyyatı İranın yüksək vəzifəli şəxslərinin bütün hərəkətlərindən, o cümlədən Əli Xameneinin iki bunkerinin olmasından xəbərdar idi.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.

İsrail kəşfiyyatı İranın ali dini lideri Ayətullah Əli Xameneinin və digər yüksək rütbəli rəsmilərin hərəkətlərini illər boyu Tehranın küçə kameraları vasitəsilə izləyib.

Mənbələrin məlumatına görə, kəşfiyyat orqanları şəhər kameralarını sındıraraq Xameneinin mühafizəçiləri, sürücüləri və rəsmilərin gündəlik marşrutlarını, mühafizə rejimini dərindən öyrəniblər.

Fevralın 28-də Xameneinin iqamətgahına endirilən ölümcül zərbədən əvvəl İsrail və ABŞ xüsusi xidmət orqanları rəhbərliyin ora toplaşacağını dəqiq biliblər.

Sabotaj məqsədilə iqamətgahın yaxınlığındakı mobil rabitə qüllələri sıradan çıxarılıb ki, iranlı rəsmilər hücum barədə xəbərdarlıq ala bilməsinlər.

Həmin vaxt zəng edənlərə xətlərin məşğul olduğu barədə avtomatik məlumat verilib.

“Biz Tehranı Qüdsü tanıdığımız qədər yaxşı tanıyırdıq”, – İsrail kəşfiyyatının əməkdaşı nəşrə bildirib.

“Mossad” həmçinin yerli informatorları cəlb edərək hədəfləri addım-addım izləyib və onların gündəlik cədvəlini tərtib edib.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, iranlı rəsmi şəxslər “ideal anda” – səhər yeməyi masası arxasında əyləşərkən məhv ediliblər.

Trampın sözlərinə görə, zərbə daha tez endirilsəydi, Xamenei sığınacağa qaçardı və onu aradan qaldırmaq çətinləşərdi.

FT-nin mənbəsi qeyd edib ki, Ali liderin iki xüsusi bunkeri olub, lakin həmin səhər o, bunkerlərin heç birində olmayıb.

Əgər Xamenei sığınacaqda olsaydı, İsrailin sərəncamında olan mövcud bombalarla onu məhv etmək mümkün olmazdı.

Xuraman Etibarlı

İnterpress.az