“Iran Air” donanmasına AĞIR ZƏRBƏ: “Airbus A319” sərnişin təyyarəsi MƏHV EDİLDİ – FOTObackend

“Iran Air” donanmasına AĞIR ZƏRBƏ: “Airbus A319” sərnişin təyyarəsi MƏHV EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran hava limanında “Iran Air”ə məxsus sərnişin təyyarəsi vurulub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ və İsrail qüvvələrinin İrana qarşı həyata keçirdiyi hərbi zərbələr nəticəsində Tehran hava limanında ciddi dağıntılar qeydə alınıb.

Hücum zamanı İranın milli aviadaşıyıcısı olan “Iran Air” şirkətinə məxsus “Airbus A319” tipli sərnişin təyyarəsinin tamamilə məhv edildiyi bildirilir.

Məlumata görə, hərbi əməliyyat çərçivəsində endirilən raket zərbələri birbaşa hava limanının infrastrukturunu və orada olan texnikaları hədəf alıb.

Məhv edilmiş mülki təyyarənin göyərtəsində sərnişinlərin olub-olmaması və digər mümkün itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.

Hazırda regionda hərbi gərginlik ən yüksək həddə çatıb.

Xuraman Etibarlı

İnterpress.az