Ayətullah Əli Xameneinin dəfn olunacağı TARİX AÇIQLANDIbackend

Ayətullah Əli Xameneinin dəfn olunacağı TARİX AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayətullah Əli Xameneinin dəfn olunacağı yer və tarix məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müqəddəs Məşhəd şəhərində dəfn ediləcəyi bildirilib.

Məlumata görə, vida mərasimi martın 4-ü, çərşənbə günündən etibarən Tehranın İmam Xomeyni adına Böyük Məscidində başlayacaq və cümə gününə qədər davam edəcək.

Tehrandakı vida mərasimləri başa çatdıqdan sonra cənazə Məşhəd şəhərinə aparılaraq orada torpağa tapşırılacaq.

Xuraman Etibarlı

İnterpress.az