İspaniyanın Baş naziri İrandakı gərginliyə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançes İrandakı son hadisələrlə bağlı ölkəsinin rəsmi mövqeyini açıqlayıb.
O bildirib ki, Madridin bu vəziyyətdəki mövqeyi tamamilə aydın və ardıcıldır. Hökumət başçısı vurğulayıb ki, İspaniya Ukrayna və Qəzzada olduğu kimi, burada da eyni prinsiplərdən çıxış edir.
Sançes qeyd edib ki, ilk növbədə mülki əhalini qoruyan beynəlxalq hüququn pozulmasına yol verilməməlidir.
“Biz dünyanın öz problemlərini yalnız münaqişələr və bombalar vasitəsilə həll edə biləcəyi fərziyyəsini rədd edirik. Keçmişin səhvləri təkrarlanmamalıdır”, – Baş nazir əlavə edib.
Sonda Pedro Sançes İspaniya hökumətinin qəti mövqeyini bəyan edib: “Biz müharibəyə yox deyirik”.
Xuraman Etibarlı
İnterpress.az






