Rusiya və Macarıstan arasında RAZILAŞMA: Siyarto əsir macarları öz təyyarəsi ilə APARACAQbackend

Rusiya və Macarıstan arasında RAZILAŞMA: Siyarto əsir macarları öz təyyarəsi ilə APARACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya əsir götürülmüş iki Macarıstan vətəndaşını azad edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat yayıb.

Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən və Rusiya hərbçiləri tərəfindən əsir götürülən iki Macarıstan vətəndaşını sərbəst buraxmaq qərarına gəlib.

Bu barədə Vladimir Putin Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşü zamanı bildirib.

Rusiya lideri qeyd edib ki, həmin şəxslər Ukrayna ordusuna məcburi şəkildə səfərbər ediliblər və daha sonra əsir düşüblər.

Putin vurğulayıb ki, Macarıstan XİN rəhbəri azad edilən vətəndaşları öz təyyarəsi ilə ölkəsinə apara bilər.

Sözügedən qərar iki ölkə arasındakı diplomatik təmasların nəticəsi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az