Dünya yeni müharibənin ASTANASINDA: Efiopiya Sudana PUA-larla ZƏRBƏLƏR ENDİRDİbackend

Dünya yeni müharibənin ASTANASINDA: Efiopiya Sudana PUA-larla ZƏRBƏLƏR ENDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Efiopiya Sudanda pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Dünya daha bir yeni müharibə təhlükəsi ilə üz-üzə qalıb. Məlumata görə, Efiopiya Sudan ərazisinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib.

Bu hadisə regionda gərginliyin pik həddə çatmasına səbəb olub.

Sudan Xarici İşlər Nazirliyi baş vermiş hücumla bağlı sərt bəyanat yayıb.

Nazirlikdən bildirilib ki, bu hücum ölkənin suverenliyinin kobud şəkildə pozulması və birbaşa təcavüz aktıdır. Sudan tərəfi Efiopiyanın bu hərəkətinə adekvat cavab veriləcəyini vurğulayıb.

Ekspertlər hesab edirlər ki, tərəflər arasında yaranan bu qarşıdurma genişmiqyaslı hərbi əməliyyatlara çevrilə bilər.

Xuraman Etibarlı

İnterpress.az