Zibil konteyneri PARTLADI: Kommunal xidmət işçisi HƏLAK OLDUbackend

Zibil konteyneri PARTLADI: Kommunal xidmət işçisi HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Osetiyada zibil yükləyərkən baş verən partlayış nəticəsində kommunal xidmət işçisi həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Şimali Osetiyada faciəli hadisə qeydə alınıb. Səhər saatlarında kommunal xidmət işçisi zibil konteynerlərini maşınla yükləyən zaman güclü partlayış baş verib.

Hadisə nəticəsində işçi aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Partlayışın səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az