Ufada qadın anasını təmirə gələn ustanın yanında biabır olduğu üçün öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Ufa şəhərində dəhşətli ailə cinayəti baş verib. Televizor ustası evə təmirə gəldiyi zaman 42 yaşlı Nelli və anası içkili vəziyyətdə olublar.
Usta işləyərkən yaşlı qadın onun ətrafında dövrə vurub və yıxılıb.
Qızı anasını ayağa qaldırmağa çalışsa da, yaşlı qadın ayaqlarını təpikləyərək müqavimət göstərib.
Ustanın yanında belə bir vəziyyətdə biabır olduğunu düşünən Nelli utandığı üçün hiddətlənib.
Usta evdən getdikdən dərhal sonra qadın anasını amansızcasına döyərək öldürüb.
Xuraman Etibarlı
İnterpress.az






