Avtobusda VƏHŞİLİK: Səfərbər olunan şəxs hərbi qulluqçunun əlində CAN VERDİbackend

Avtobusda VƏHŞİLİK: Səfərbər olunan şəxs hərbi qulluqçunun əlində CAN VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TÇK əməkdaşı səfərbər olunmuş şəxsi döyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

Ukraynada qan donduran bir hadisə yaşanıb. Təlim mərkəzindən Kiyevə daşınan zaman səfərbər olunmuş şəxslə hərbi qulluqçular arasında münaqişə yaranıb.

Məlumata görə, hərbi qulluqçulardan biri səfərbər olunmuş şəxsi vəhşicəsinə döyüb və ona qarşı elektroşok tətbiq edib.

Bu zaman yanında olan rəisi baş verənlərə müdaxilə etməyərək hadisəni dayandırmayıb.

Paytaxta çatdıqda isə zərərçəkən avtobusdan kənara çıxarılıb. Həkimlər dərhal müayinə aparsalar da, artıq gec olub — şəxsin öldüyü təsdiqlənib.

Xuraman Etibarlı

İnterpress.az