Rusiyalılar Belarusda kütləvi şəkildə daşınmaz əmlak alırlar: Minskdə qiymətlər bahalaşır
İnterpress.az xəbər verir ki, bu barədə “Rielt-ekspertlər” məlumat yayıb.
Rusiya vətəndaşlarının Belarusda, xüsusən də Minsk şəhərində yaşayış sahələrinə tələbatı kəskin artıb.
Rieltorların məlumatına görə, hazırda paytaxtdakı mənzil alqı-satqısı müqavilələrinin hər onundan biri Rusiya Federasiyası vətəndaşları tərəfindən bağlanılır.
Bir il ərzində bu tələbatın 10-15% artması artıq yerli bazarda qiymətlərin bahalaşmasına səbəb olub.
Rusiyalıların bu axınına səbəb olan əsas amillər kimi Belarusda internetə məhdudiyyətlərin tətbiq olunmaması, xarici kartlardan problemsiz istifadə imkanı və məşhur beynəlxalq onlayn servislərə tətbiq edilən senzuranın olmaması göstərilir.
Xuraman Etibarlı
İnterpress.az






