Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T.Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.
P.Məmmədov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa)
İnterpress.az