Ayaqları çarpazlaşdırmaq trombozla nəticələnə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalı məlumat yayıb.
Alimlər və həkimlər tərəfindən aparılan yeni elmi araşdırmalar gündəlik həyatda bir çox insanın vərdiş etdiyi adi bir oturuş pozasının dəhşətli fəsadlarını üzə çıxarıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kompüter arxasında işləyərkən ayağı ayaq üstünə aşıraraq oturmaq vərdişi tamamilə sağlam bir insanı ətrafları nəhəng ölçülərə qədər şişmiş əlilə çevirə, amputasiya ilə nəticələnən qanqrenaya yol aça və ya qopan tromb səbəbindən qəfil ölümə səbəb ola bilər.
Bu vəziyyətdə müntəzəm əyləşmək bədəndə təbii qan dövranını pozur və qan damarlarını kəskin şəkildə deformasiya edir.
Ölümlə nəticələnən fəsadlardan yayınmaq mümkün olsa belə, bu oturuş pozasından illərlə istifadə olunması qaçılmaz olaraq əlilliyə yol açır.
Toxumalarda yaranan daimi oksigen çatışmazlığı hüceyrələrin məhv olması prosesini başladır, limfa durğunluğu isə ayaqları tanınmaz dərəcədə deformasiyaya uğradır.
Kardioloqlar və flebologiya mütəxəssisləri ofis işçilərinə və kompüter qarşısında çox vaxt keçirənlərə hər 45 dəqiqədən bir durub hərəkət etməyi, ayaqları çarpazlaşdırmaqdan qəti şəkildə qaçmağı tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






