Krasnoyarskda qadın məktəbliyə hücum edib BOĞMAĞA ÇALIŞDI – VİDEObackend

Krasnoyarskda qadın məktəbliyə hücum edib BOĞMAĞA ÇALIŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadın məktəbliyə hücum edərək boğmaq istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Krasnoyarsk şəhərində qadının məktəbli qıza hücum edərək onu boğmağa çalışdığı bildirilir. Hadisənin qarşısı ərazidə olan şəxslərin müdaxiləsi nəticəsində alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadınla azyaşlı arasında naməlum səbəbdən mübahisə yaranıb.

Bundan sonra qadın qıza hücum edərək onu yerə yıxıb və boğmağa başlayıb.

Ətrafdakı insanların hadisəyə müdaxilə etməsindən sonra hücum edən qadın ərazidən uzaqlaşıb.

Zərərçəkmiş məktəblinin ailəsi faktla bağlı polisə müraciət edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az