Alış-veriş məntəqəsində QANLI HADİSƏ: Ana oğlunu BIÇAQLADI – VİDEObackend

Alış-veriş məntəqəsində QANLI HADİSƏ: Ana oğlunu BIÇAQLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda ana oğluna bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində ana ailə münaqişəsi zəminində oğluna bıçaqla hücum edib.

Məlumata görə, hadisə iyulun 4-də şəhərdə yerləşən sifarişlərin verilməsi məntəqəsində baş verib. Qadının vurduğu bıçaq zərbəsi nəticəsində gəncin boyun nahiyəsində ciddi xəsarətlər yaranıb, o cümlədən xarici yuxu venalarından biri zədələnib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsi sayəsində onun həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra qadın saxlanılıb. Ona qəsdən adam öldürməyə cəhd və valideynlik vəzifələrini lazımi qaydada yerinə yetirməmək maddələri üzrə ittiham irəli sürülüb.

Faktla bağlı istintaq aparılır.

Xuraman Etibarlı

İnterpress.az