Polşa Prezident Administrasiyasının rəhbəri “Mirotvorets” bazasına DAXİL EDİLDİbackend

Polşa Prezident Administrasiyasının rəhbəri “Mirotvorets” bazasına DAXİL EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Prezident Administrasiyasının rəhbəri “Mirotvorets” bazasına daxil edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zbiqnev Boqutski “Qərbi Ukrayna” əvəzinə “Şərqi Kiçik Polşa” ifadəsini işlətməsindən sonra “Mirotvorets” bazasına daxil edilib.

Məlumata görə, Mirotvorets layihəsi Polşa Prezident Administrasiyasının rəhbərinin məlumatlarını öz bazasına əlavə edib. Buna səbəb kimi Boqutskinin Qərbi Ukrayna ərazisini “Şərqi Kiçik Polşa” adlandırması göstərilir.

Qeyd edək ki, “Şərqi Kiçik Polşa” ifadəsi Polşanın tarixi-coğrafi terminologiyasında istifadə olunur və müasir Ukraynanın qərb bölgələrini əhatə edən ərazilərlə bağlı həssas siyasi və tarixi müzakirələrə səbəb olur.

Hadisə ilə bağlı Polşa və ya Ukrayna rəsmilərindən əlavə rəsmi açıqlama verilməyib.

Xuraman Etibarlı

İnterpress.az