“Sülh Şurası” HƏMAS-ın yalnız bəyanatlarını deyil, əməllərini də qiymətləndirəcək.
İnterpress.az xəbər verir ki, Qəzza zolağında vəziyyətin nizamlanması məqsədilə yaradılan “Sülh Şurası” HƏMAS-dan növbəti addım olaraq silahlı birləşmələrinin tərksilah edilməsini gözlədiyini açıqlayıb.
Şurada hesab edirlər ki, HƏMAS-ın inzibati səlahiyyətləri təhvil verməyə hazır olduğunu bəyan etməsindən sonra növbəti mərhələ silahlı dəstələrin silahsızlaşdırılması olmalıdır.
Eyni zamanda vurğulanıb ki, təşkilat yalnız bəyanatlarla kifayətlənməyəcək və HƏMAS-ın fəaliyyətini konkret addımlar əsasında qiymətləndirəcək.
Mənbənin sözlərinə görə, əsas prinsip dəyişməz olaraq qalır: “Bir hakimiyyət, bir qanun, bir silah”.
Bu prinsip bütün silahların Fələstin Texnokratlar Komitəsinin nəzarətinə verilməsini nəzərdə tutur.
“Sülh Şurası” HƏMAS rəhbərliyi ilə davam etdiriləcək danışıqlar zamanı hərəkatın silahsızlaşdırılmasına nail olacağına ümid etdiyini də bildirib.
Xuraman Etibarlı
İnterpress.az






