Bişkek sakinlərinə ŞƏT sammiti günlərində şəhəri tərk etmək TÖVSİYƏ OLUNDUbackend

Bişkek sakinlərinə ŞƏT sammiti günlərində şəhəri tərk etmək TÖVSİYƏ OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkek sakinlərindən ŞƏT sammiti zamanı şəhəri tərk etmələri xahiş olunub.

İnterpress.az xəbər verir ki, Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov Bişkek sakinlərinə avqustun 30-31-i və sentyabrın 1-də imkan daxilində paytaxtı tərk edərək İssık-Kul gölü ətrafında və ya digər istirahət məkanlarında vaxt keçirməyi tövsiyə edib.

Onun sözlərinə görə, həmin günlərdə Bişkekdə eyni vaxtda həm Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti, həm də Dünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.

Bildirilib ki, tədbirlərdə 21 dövlətin rəhbərinin iştirakı gözlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin müxtəlif küçə və prospektlərində nəqliyyatın hərəkəti mütəmadi olaraq məhdudlaşdırılacaq və yollar bağlanacaq.

Askat Alaqozov, həmçinin xatırladıb ki, bu il Qırğızıstanda məktəb və ali təhsil müəssisələrində dərs ili sentyabrın 15-də başlayacaq. Buna görə də sakinlərin sentyabrın 1-dək Bişkekə qayıtmasına ehtiyac olmadığı qeyd edilib.

Xuraman Etibarlı

İnterpress.az