İlin əvvəlindən bəri Günəşdə ən güclü aktivlik partlayışlarından biri başa çatıb.
İnterpress.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) və Günəş-Yer Fizikası İnstitutunun (İSZF SB RAN) Günəş astronomiyası laboratoriyası Günəşdə bu ilin əvvəlindən bəri müşahidə olunan ən güclü aktivlik dalğalarından birinin başa çatdığını açıqlayıb.
Alimlərin məlumatına görə, Günəşdə qeydə alınan yüksək fəallıq mərhələsi artıq sona çatıb. Bununla belə, mütəxəssislər Günəşdə baş verən prosesləri izləməyə davam edirlər.
Qeyd edək ki, Günəşdə baş verən güclü aktivlik halları bəzən geomaqnit qasırğalarına səbəb ola və rabitə, peyk sistemləri, eləcə də naviqasiya avadanlıqlarının işinə müəyyən təsir göstərə bilər.
Xuraman Etibarlı
İnterpress.az






