Peskov: Rusiya ilə Çin arasında münasibətlər bərabərlik prinsipinə əsaslanırbackend

Peskov: Rusiya ilə Çin arasında münasibətlər bərabərlik prinsipinə əsaslanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Moskva Rusiyanın Çinin “kiçik tərəfdaşı” olması barədə iddiaları təkzib edib.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayılıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Çinin “kiçik tərəfdaşı” kimi xarakterizə olunmasını yanlış adlandırıb.

O, Rusiya ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin tamamilə bərabərlik prinsipi üzərində qurulduğunu bəyan edib.

Bu bəyanat ABŞ-nin “The Wall Street Journal” (WSJ) nəşrində dərc olunan və iki ölkə arasındakı əlaqələri qiymətləndirən məqaləyə cavab olaraq verilib.

Sözügedən nəşr əvvəllər Rusiya və Çin münasibətlərində disbalansın və gərginliyin mövcud olduğunu iddia edən material dərc etmişdi.

Rəsmi Moskva isə bu cür iddiaların reallığı əks etdirmədiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.аz