Cərəyana qoşulmuş telefonla video izləyən yeniyetmə qısaqapanmanın QURBANI OLDUbackend

Cərəyana qoşulmuş telefonla video izləyən yeniyetmə qısaqapanmanın QURBANI OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yakutskda ucuz çin istehsalı olan cərəyan cihazı 15 yaşlı yeniyetmənin ölümünə səbəb olub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Yakutsk şəhərində yeniyetmənin ölümü ilə nəticələnən növbəti bədbəxt hadisə baş verib.

Ucuz çin istehsalı olan cərəyan cihazına qoşulmuş telefondan istifadə edən 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, yeniyetmə rayona getmək üçün avtomobil gözlədiyi müddətdə cərəyana qoşulu telefonla video izləyib və eyni zamanda ayaqlarını qızdırıcı radiatorun üzərinə qoyub. Bu əsnada kəskin qızan mobil telefon qəfildən qısaqapanma verib və gənci güclü cərəyan vurub.

Dünyasını dəyişən məktəblinin cansız bədəni sinə nahiyəsində dərin yanıq xəsarətləri ilə aşkarlanıb.

Bu, Yakutskda cərəyan cihazından istifadə zamanı baş verən ikinci analoji faciəvi ölüm hadisəsidir.

Xuraman Etibarlı

İnterpress.аz