Odessada Ukrayna Hərbi Dəniz Qüvvələri zabitinin avtomobili PARTLADILDI – FOTObackend

Odessada Ukrayna Hərbi Dəniz Qüvvələri zabitinin avtomobili PARTLADILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odessada hərbi qərargah zabitinin maşınına partlayıcı quraşdırılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukraynanın Odessa şəhərində Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksəkrütbəli zabitinə məxsus avtomobilə quraşdırılmış əldəqayırma partlayıcı qurğu işə düşüb. Hadisə nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb.

İlkin məlumatlara əsasən, bu sui-qəsd cəhdinin hədəfi Ukrayna HDQ Komandanlığı Qərargahının Logistika İdarəsinin Əməliyyat şöbəsinin baş zabiti Vyaçeslav Sazonov olub.

Zabitə məxsus avtomobilin altına yerləşdirilən partlayıcı qurğunun məsafədən idarəetmə ilə partladıldığı ehtimal edilir.

Hadisədən dərhal sonra ərazi hüquq-mühafizə orqanları və xüsusi xidmət əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Zabit Sazonovun hazırkı vəziyyəti, həmçinin hadisə nəticəsində digər xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama verilməyib.

Faktla bağlı terror aktı və qəsdən adamöldürməyə cəhd maddələri ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz