Rusiya XİN: Ukraynanın zərbələri nəticəsində bir həftədə 60-a yaxın mülki sakin həlak olub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna Silahlı Qüvvələrinin son bir həftədə endirdiyi zərbələr nəticəsində Rusiya ərazisində 60-a yaxın dinc sakinin həlak olduğunu bəyan edib.
Məlumata görə, hərbi münaqişə dövründə ilk dəfə olaraq bir həftə ərzində xəsarət alan mülki vətəndaşların ümumi sayı 500 nəfərə yaxınlaşıb.
Səfir həmçinin bildirib ki, son bir həftədə Ukrayna ordusunun hücumları nəticəsində Rusiya Federasiyasında 14 uşaq yaralanıb, onlardan 7-si isə həyatını itirib.
Rusiya rəsmiləri bu kəskin artımı mülki infrastruktura və yaşayış məntəqələrinə edilən hücumların intensivləşməsi ilə əlaqələndirirlər.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların aparıldığı bildirilib.
Xuraman Etibarlı
İnterpress.аz






