Tümen vilayətində daşqın səbəbindən fövqəladə vəziyyət ELAN EDİLDİ – VİDEObackend

Tümen vilayətində daşqın səbəbindən fövqəladə vəziyyət ELAN EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tümen və Tümen dairəsində daşqın səbəbindən regional fövqəladə vəziyyət elan edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Tümen vilayətində və Tümen şəhər dairəsində kəskin daşqınlar səbəbindən regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu barədə regionun rəhbəri Aleksandr Moor rəsmi olaraq məlumat verib.

Məlumata görə, Tura çayında suyun səviyyəsi kritik həddə çatıb və hələ də yüksəlməkdədir.

Hazırda suyun səviyyəsi 877 santimetr təşkil edir ki, bu da sahil kəndlərində və şəhər ətrafı ərazilərdə daşqın təhlükəsi yaradır.

Fövqəladə vəziyyət rejimi çərçivəsində əhalinin təhlükəsizliyini təmin etmək, evakuasiya işlərini sürətləndirmək və daşqınların fəsadlarını aradan qaldırmaq üçün bütün lazımi tədbirlər görülür.

Yerli idarəetmə orqanları çay kənarı ərazilərdə yaşayan sakinləri sayıq olmağa və xilasedicilərin təlimatlarına riayət etməyə çağırıblar.

Xuraman Etibarlı

İnterpress.аz