Kanadalı deputat parlamentdə çıxışı zamanı səhvən “ChatGPT”nin cavabını ucadan oxuyub.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kanadanın Nyu-Brunsvik vilayətinin Qanunverici Məclisində deputat Bill Oliver çıxışı zamanı maraqlı və gülünc vəziyyətlə üzləşib. Siyasətçi tribunadan rəsmi nitq söyləyərkən səhvən “ChatGPT” süni intellekt botunun ona təqdim etdiyi keçid qeydini ucadan oxuyub.
Deputat mikrofona rəsmən bu sətirləri səsləndirib: “Bu hissənin qısa tezislər toplusu kimi deyil, qanunverici məclisdəki real çıxış kimi səslənən daha təbii və rəvan versiyası budur…”.
Buna baxmayaraq, kanadalı deputat heç nə olmamış kimi çıxışına soyuqqanlılıqla davam edib.
O, neyron şəbəkəsinin yazdığı mətni cəmiyyət üçün vacib olan aktual məsələ ilə bağlı öz “şəxsi” mövqeyi kimi təqdim etməyə çalışıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirə mövzusuna çevrilib.
Xuraman Etibarlı
İnterpress.аz






