Çin CZ-8A buraxılış vasitəsi ilə internet peykləri qruplaşmasını kosmosa göndərib.
İnterpress.аz xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin “CZ-8A” (Long March 8A) daşıyıcı raketinin köməyi ilə kosmosa yeni internet peykləri qrupunu uğurla göndərib.
Buraxılan peyklərin təyin olunmuş orbitə uğurla çatdığı bildirilir.
Məlumata görə, start ölkənin Hainan əyalətində yerləşən Vençan kosmodromunun kommersiya buraxılış meydançasından rəsmi şəkildə həyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.аz






