Arıqlama dərmanı 44 yaşlı kişini XƏSTƏXANALIQ ETDİbackend

Arıqlama dərmanı 44 yaşlı kişini XƏSTƏXANALIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arıqlama dərmanından sonra 44 yaşlı kişi xəstəxanaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “International Business Times” məlumat yayıb.

Məlumata görə, hazırda Bruklində yaşayan 44 yaşlı Mixail Moskvadan səfər zamanı arıqlama məqsədilə istifadə olunan GLP-1 qrupuna aid “Sejaro” preparatından bir neçə qutu alıb.

Kişi preparatın tərkibindəki əsas təsiredici maddəni ABŞ-də istifadə olunan “Mujaro” dərmanı ilə müqayisə edib. Hər iki preparatda təsiredici maddənin tirzepatid olduğu bildirilir.

Lakin xəbərdə qeyd olunur ki, Mixail preparatın digər komponentlərinə, o cümlədən konservant kimi istifadə edilən benzil spirtinə diqqət yetirməyib.

İddiaya görə, dərmandan bir neçə həftə istifadə etdikdən sonra kişinin səhhətində ciddi problemlər yaranıb və o, böyrəkləri və mədə-bağırsaq sistemi ilə bağlı ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər isə GLP-1 qrupuna aid arıqlama preparatlarının yalnız təsiredici maddəsinə deyil, bütün tərkibinə və mümkün yan təsirlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.

Bu cür dərmanların həkim nəzarəti altında istifadəsi tövsiyə olunur.

Qeyd edək ki, GLP-1 əsaslı preparatlar bazarı son illərdə sürətlə böyüyür.

Məlumata görə, bazarın həcmi 2025-ci ildə 70 milyard dollara çatıb və 2030-cu ilədək daha da əhəmiyyətli artım gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az