Moskvada tanınmış motobloqer qadın yük maşınının altında qalaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada 47 yaşlı hərəkət dizayneri və tanınmış bayker Tatyana Bronovitskaya ağır yol qəzasında həyatını itirib.
Məlumata görə, Bronovitskaya sarı rəngli RACER SKYWAY motosikleti ilə hərəkətdə olarkən Mira prospektinə çıxışda yük maşınının altında qalıb.
Motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd olunur ki, Tatyana Bronovitskaya bundan təxminən bir ay yarım əvvəl də motosiklet qəzasına düşüb.
O, iyunun sonunda “Moskva-Siti” ərazisində qəza keçirib və hadisəni GoPro kamerası ilə çəkib.
Həmin vaxt ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadının sonradan çiyninə titan implant qoyulub.
Tatyana Bronovitskaya öz bloqunda motosikletə olan marağından bəhs edir, eyni zamanda müxtəlif televiziya kanallarında çalışıb.
Xuraman Etibarlı
İnterpress.az






