Trampdan Putinə TƏŞƏKKÜR: “Gilmana görə minnətdarıq”backend

Trampdan Putinə TƏŞƏKKÜR: “Gilmana görə minnətdarıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Rusiyada həbsdə olan amerikalının azad edilməsinə görə Putinə təşəkkür edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan keçmiş dəniz piyadası Kalob Gilmana azad edilməsinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

Tramp bildirib ki, amerikalının azad edilməsi məsələsi Putinlə telefon danışığı zamanı müzakirə olunub.

ABŞ lideri sosial şəbəkədə yazıb ki, Putinlə söhbətindən sonra Rusiya Gilmana əsasən humanitar səbəblərdən azad etməyə razılaşıb.

Tramp qərara görə Rusiyaya minnətdar olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az