Şirkətlər maaşı işçinin “ümidsizlik səviyyəsi”nə görə MÜƏYYƏN EDİRbackend

Şirkətlər maaşı işçinin “ümidsizlik səviyyəsi”nə görə MÜƏYYƏN EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkətlər başlanğıc əmək haqqını potensial işçinin “ümidsizlik səviyyəsinə” əsasən təyin edirlər.

İnterpress.az xəbər verir ki, bu nəticələr Veena Dubal (Kaliforniya Universitetinin hüquq professoru, İrvin) və Vilneida Negron (süni intellekt texnologiyaları sahəsində mütəxəssis) tərəfindən aparılan bir araşdırmada ortaya çıxıb.

Bəzi şirkətlərin işçilərin şəxsi məlumatlarından istifadə edərək onların razılaşa biləcəyi minimum əməkhaqqını müəyyənləşdirdiyi bildirilir.

Məlumata görə, şirkətlər fərdiləşdirilmiş qiymətlərin müəyyənləşdirilməsindən əlavə, əməkhaqqının hesablanmasında da şəxsi məlumatlardan getdikcə daha çox istifadə edirlər. Ekspertlər bu yanaşmanı “nəzarət altında olan əməkhaqqı” adlandırırlar.

Belə alqoritmlərin işçinin borclarını, qısamüddətli kredit tarixçəsini, əvvəlki iş müraciətlərini, daha aşağı maaşla razılaşdığı halları, sosial şəbəkələrdəki davranışlarını və digər məlumatları nəzərə ala bildiyi bildirilir.

Toplanan məlumatlar əsasında işəgötürən işçinin hansı minimum məbləğlə işləməyə razı ola biləcəyini təxmin edə bilər.

Bu sistemlərin təkcə ilkin maaşa deyil, bonuslara və gələcək maaş artımlarına da təsir göstərə biləcəyi qeyd olunur.

Tənqidçilər hesab edirlər ki, belə yanaşma əməkhaqqının müəyyənləşdirilməsini insanın maliyyə vəziyyətinə və “ümidsizlik səviyyəsi”nə bağlayaraq bərabərsizliyi daha da dərinləşdirə bilər.

Maliyyə baxımından həssas vəziyyətdə olan şəxslərin eyni işə görə daha az maaş almaq riski ilə üzləşdiyi vurğulanır.

Bəzi ölkələrdə isə bu cür təcrübələrin tənzimlənməsi artıq müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az