Rusiyada qadın rəvənd kompotu içdikdən sonra komaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva vilayətində qadın hazırladığı rəvənd kompotunu içdikdən sonra ağır zəhərlənərək komaya düşüb.
Məlumata görə, qadın rəvənddən soyuqdəyməyə qarşı vasitə kimi istifadə edib. Lakin bitkinin köhnə yarpaqlarında orqanizm üçün təhlükəli olan oksalat turşusunun toplandığı bildirilir.
Zəhərlənmədən sonra qadının böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. O, 40 gündən çox intensiv terapiyada müalicə alıb.
Həkimlərin səyləri nəticəsində qadının vəziyyəti stabilləşdirilib. Hazırda onun qarşısında uzunmüddətli reabilitasiya prosesi dayanır.
Xuraman Etibarlı
İnterpress.az






