Praqada Rusiya səfirliyinin qarşısında “Yabloko” partiyasına görə tabutlu aksiya keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Praqada Rusiya səfirliyinin qarşısında Rusiyanın “Yabloko” partiyasının Dövlət Dumasına seçkilərdə qeydiyyatının ləğvinə etiraz olaraq içərisi almalarla dolu tabut qoyulub.
Aksiyanı “Vesna” hərəkatı təşkil edib. Hərəkatın paylaşımında “Tabut mıxlanıb, amma almalar yaşamaqda davam edir” ifadəsi yer alıb.
Aksiya iştirakçıları bununla həm partiyanın adına, həm də onun seçkilərdə qeydiyyatının ləğv edilməsinə işarə ediblər.
Xuraman Etibarlı
İnterpress.az






