Britaniya Rusiya ilə yüksək səviyyəli hərbi əlaqələri bərpa etmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Britaniya hərbi rəhbərliyi Rusiya ilə yüksək səviyyədə hərbi əlaqələrin yenidən qurulmasını nəzərdən keçirir.
Nəşr yazır ki, britaniyalı hərbçilər Moskva ilə dialoqun olmamasının “təsadüfi eskalasiya” riskini artırmasından narahatdırlar.
Məlumata görə, dialoqun bərpasına səbəb olan hadisələrdən biri iyun ayında La-Manşda Rusiya freqatı “Admiral Qriqoroviç”in Britaniya yaxtası istiqamətində xəbərdarlıq atəşi açması olub.
Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov sonuncu dəfə Böyük Britaniyanın müdafiə qərargahının rəhbəri ilə 2022-ci ilin sentyabrında danışıb.
Xuraman Etibarlı
İnterpress.az






