Ermənistan İrəvanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı mümkün qərarı nəzərə alacaq.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan İrəvanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı mümkün qərarı nəzərə alacağını bildirib.
Xandanyan qeyd edib ki, Ermənistanın mövqeyində dəyişiklik yoxdur və İrəvan təşkilatda iştirakını dondurub.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirakını aktivləşdirməsinə səbəb ola biləcək hər hansı əsas və ya şərait görmür.
“Vəziyyətin inkişafını izləyəcəyik və KTMT-dəki tərəfdaşlarımızın qərarını nəzərə alacağıq”, – o bildirib.
Xandanyan həmçinin KTMT-nin 2022-2023-cü illərdə “Azərbaycanın Ermənistana qarşı hərəkətlərini hələ də pisləmədiyini” iddia edib.
Xuraman Etibarlı
İnterpress.az






