ABŞ-də UĞURSUZ ƏMƏLİYYAT: 9 polis cinayətkarın evindəki eyvandan YIXILDI – VİDEObackend

ABŞ-də UĞURSUZ ƏMƏLİYYAT: 9 polis cinayətkarın evindəki eyvandan YIXILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 9 polis cinayətkarı tutmağa gedərkən eyvandan yıxılaraq xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.

Huntsvill şəhərində polis və məhkəmə icraçıları cinsi cinayətlərə görə məhkum olunmuş 26 yaşlı şəxsi həbs etmək üçün onun yaşadığı evə yollanıblar.

Lakin axtarılan şəxs evdə olmayıb, köhnə və qəzalı vəziyyətdə olan eyvan isə hüquq-mühafizə əməkdaşlarının ağırlığına tab gətirməyərək çöküb.

Nəticədə 9 polis əməkdaşı eyni anda eyvandan aşağı yıxılıb. Yaralananlardan 5 nəfəri müxtəlif dərəcəli sümük sınıqları və kəllə-beyin travması  ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az