Qazaxıstanda dəhşətli CİNAYƏT: Bir ədəd şirniyyata görə 19 yaşlı arvadını QƏTLƏ YETİRDİ – VİDEObackend

Qazaxıstanda dəhşətli CİNAYƏT: Bir ədəd şirniyyata görə 19 yaşlı arvadını QƏTLƏ YETİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda ər 19 yaşlı həyat yoldaşını bir ədəd “Barni” şirniyyatına görə qətlə yetirib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Hadisəyə səbəb kişinin aldığı “Barni” biskvit paketindən 19 yaşlı Mədinə adlı arvadının cəmi bir ədəd yeməsi olub.

Bundan qəzəblənən ər həyat yoldaşını amansızcasına döyüb və baş verənləri anasına danışıb.

Qayınana da gəlininə hücum edərək onu təhqir və ittiham edib.

Ailə daxilində şiddətə məruz qalan gənc qadın rəfiqəsinə ərindən ayrılmaq qərarına gəldiyini bildirib və ilk vaxtlar idarə olunmaq üçün ondan 15 min tengə (təxminən 56 manat) borc pul istəyib.

Lakin bu danışıqdan az sonra Mədinənin meyiti tapılıb.

Məlumata görə, qətlin qurbanı olan gənc ananın 8 aylıq körpəsi qalıb.

Xuraman Etibarlı

İnterpress.az