Məşhur aktyor Semyon Treskunov Rusiyada axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasının məlumatlarında bildirilib.
Rusiya Federasiyasında “xarici agent” siyahısına salınmış 26 yaşlı aktyor Semyon Treskunovun adı rəsmi axtarış siyahısına daxil edilib.
Lakin onun konkret hansı Cinayət Məcəlləsi maddəsi ilə axtarışa verildiyi barədə ətraflı məlumat açıqlanmayıb.
Məşhur aktyor bir çox tanınmış film və seriallardakı rolları ilə geniş tamaşaçı auditoriyasına yaxından tanınır.

Xuraman Etibarlı
İnterpress.az






