Texnoloji YENİLİK: Suda batmaqda olan insanları xilas edən UÇAN ROBOT – VİDEObackend

Texnoloji YENİLİK: Suda batmaqda olan insanları xilas edən UÇAN ROBOT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində süni intellektlə təchiz edilmiş “uçan xilasedici dairə” sınaqdan keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Quançjou şəhərində suda çətin vəziyyətdə qalan insanlara kömək etmək üçün nəzərdə tutulmuş avtonom robot təqdim olunub.

Qurğu sahildən havalanaraq suda olan şəxsi müstəqil şəkildə aşkar edir və birbaşa onun yanına eniş edir.

Zərərçəkənin xəsarət almaması üçün robot suya enən kimi pərlərini avtomatik söndürür və xilasedicilər gələnədək insanın suda batmaması üçün suyun üzündə qalır.

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra qurğu pərlərini yenidən işə salaraq müstəqil şəkildə bazaya qayıdır.

Xuraman Etibarlı

İnterpress.az