Əfsanəvi “Queen” qrupunun keçmiş üzvü Barri Mitçell VƏFAT ETDİbackend

Əfsanəvi “Queen” qrupunun keçmiş üzvü Barri Mitçell VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Queen” qrupunun keçmiş bas-gitaristi Barri Mitçell 76 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “GB News” telekanalı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı musiqiçi həyatını itirib. Barri Mitçell əfsanəvi “Queen” qrupunun tarixində ikinci bas-gitarist olub.

O, 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarınadək — qrupa Con Dikon gələnədək kollektivin heyətində çıxış edib.

Xuraman Etibarlı

İnterpress.az