Dağlıq Altayda 30-a yaxın ayı kəndi qorxu içində saxlayır.
İnterpress.az xəbər verir ki, bu barədə Altay Dövlət Təbiət Qoruğu məlumat yayıb.
Məlumata görə, Tayqa meşələrinin əhatəsində yerləşən kənddə hər gecə 10-a yaxın ayı küçələrdə gəzişir.
Yaşayış məntəqəsində ümumilikdə 30-dək yırtıcı heyvanın olduğu bildirilir.
Sözügedən Yaylyu kəndi Altay Dövlət Təbiət Qoruğunun ərazisində, Teletskoy gölünün sahilində yerləşir.
Yaşayış məntəqəsi avqustun 19-da turistin ayı hücumu nəticəsində həyatını itirdiyi Artıbaş kəndinin yaxınlığındadır.
Sakinlər yırtıcıların hücumundan təşvişə düşərək təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edirlər.
Xuraman Etibarlı
İnterpress.az






