“Financial Times” Bessentin Tehran konfransı ilə bağlı səhvini ÜZƏ ÇIXARDIbackend

“Financial Times” Bessentin Tehran konfransı ilə bağlı səhvini ÜZƏ ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bessent 1943-cü il Tehran konfransının iştirakçıları arasında Stalini qeyd etməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

ABŞ maliyyə naziri Skott Bessent 24 avqust tarixli məqaləsində 1943-cü il Tehran konfransından bəhs edərkən iştirakçılar arasında yalnız ABŞ Prezidenti Franklin Ruzvelti və Böyük Britaniyanın Baş naziri Uinston Çörçili qeyd edib.

“Financial Times” Bessentin yazısında SSRİ lideri İosif Stalinin adının çəkilməməsinə diqqət çəkib.

Tehran konfransı İkinci Dünya müharibəsi zamanı ABŞ, Böyük Britaniya və SSRİ liderlərinin iştirakı ilə keçirilmişdi.

Xuraman Etibarlı

İnterpress.az